loader

Tərcüməçilik

08.09.2022

 Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsidir. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməyə başlandı. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Tərcümələr "şifahi" və "yazılı" olaraq 2 hissəyə bölünür.

 Yazılı və şifahi tərcümə

Tərcümə prossesində nitq yazılı və şifahi olur. Hər iki tərcümə növü mütəxəssisdən işçi dilləri mükəmməl bilmək, aidiyyatı olan sahə üzrə geniş məlumat, müəyyən vərdişlər tələb edir. Yazılı tərcüməni şifahi tərcümədən fərqləndirən bir sıra mühüm cəhətlər mövcuddur. Əvvəla, yazılı tərcümə yazılı mətnin yazılı şəkildə digər dilə çevrilməsini, şifahi tərcümə isə şifahi mətnin digər dilə tərcüməsini nəzərdə tutur. Zaman baxımından şifahi tərcümə mətnin dərhal tərcüməsini nəzərdə tutduğu halda yazılı tərcümədə bu tələskənlik yoxdur. Yəni şifahi tərcümədə vaxt tərcüməçini gözləmir, o mətni bir dəfə eşidir. Yazılı tərcümədə isə material göz qabağında olduğundan tərcüməçi istənilən məqamı dəfələrlə nəzərdən keçirə, etdiyi səhvləri düzəldə bilər. Tərcümə edən şəxsin heç bir mənbəyə müraciət etmə imkanı olmur, buna görə də öz bilik və vərdişlərinə güvənməlidir. Tərcümələrin növləri bunlardır - Sinxron tərcümə, Pıçıltılı tərcümə, İşarə dilinin tərcüməsi. Hər bir növünün ortaq xüsusiyyəti odur ki, dilmancın dünyagörüşü olmalı,fikrini səlis ifadə edə bilməsi və sürət tələb olunanda zamanında yerinə yetirə bilməsidir.

Sinxron tərcümə - Sinxron tərcüməçi xüsusi texnika ilə təchiz edilmiş kabinədə oturaraq, qulaqcıqlar vasitəsilə eşitdiyi nitqi həmin anda tərcümə edib mikrafona deyir.         

Pıçıltılı tərcümə - Əsasən xarici nümayəndələrin sayının az olduğu hallarda istifadə edilir. Pıçıltılı tərcümə zamanı dilmanc nümayəndənin yanında oturub eşitdiklərini onun qulağına elə tərzdə pıçıldayır ki, tərcüməni yalnız ehtiyacı olan bu şəxs eşidir.    

İşarə dilinin tərcüməsi     

"İşarə dili" dedikdə kar adamların ünsiyyət vasitəsi kimi istifadə etdiyi jest, mimika və əl-qol-bədən hərəkətlərindən ibarət işarə sistemi nəzərdə tutulur. Bu işarələr həm kar adamlar arasında, həm də onlarla ünsiyyətdə olan normal eşitmə qabiliyyəti olan insanlar arasında işlənir. 

 Zamanla ölkəmizdə bu və bir sıra növləri də formalaşaraq, dərnəklər, federasiyalar açılmağa başladı. Məsələn - Beynəlxalq Tərcüməçilər Federasiyası, Türk Çevirmənləri Dərnəyi, Amerika Tərcüməçilər Assosiasiyası, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası və.s  bura aid etmək olar.