loader

1997-ci ildə ilk üzv Şirkət – ATTAS PR təsis edildiyi vaxtdan etibarən bu Şirkətlər qrupu xarici biznesin Azərbaycan bazarına çıxışını yönəltmək və dəstəkləmək məqsədi ilə təşkil olunmuşdur. Şirkətlər neft, investisiya və humanitar şirkətlərin məsləhətçisi olaraq fəaliyyət göstərir, şirkətin uğuru isə ilk növbədə həmişə insanlarla xoş münasibətlər, ölkəmiz və regiondakı iqtisadi vəziyyət haqqında dərin biliklərə əsaslanan münasib qiymətlərə göstərdiyimiz keyfiyyətli xidmətlər sayəsində əldə edilmişdir. Şirkətlər işə düzəltmə, tədris kursları və konsaltinq sahəsində fəaliyyət qöstərir. Azərbaycanda birinci işə düzəltmə şirkəti olaraq 23 il ərzində minlərlə insanı iş ilə təmin edib.

Alyans işə düzəltmə, tədris kursları, tərcümələr və konsaltinq sahəsində fəaliyyət göstərir.

Şirkət və Fəaliyyət

- Azərbaycanda birinci işə düzəltmə şirkəti olaraq 24 il ərzində minlərlə insanı iş ilə təmin edib. Alyans tərəfdən işçilər Dövlət Nazirliklər, Agentliklərə eləcədə yerli və xarici şirkətlərə tələb olunan vəzifələrə qöndəriliblər.

✱ Tədris sahəsində Alyans tələbələri muxtəlif xarici dillərə yiyələndirir. Əsas şərtlərdən təlimin rahat tərzdə keçib xarici dildə sərbəst dialoqu aparmaq imkanı deməkdir. Təlim proqramı müştərinin yekun xədəfindən asılı olaraq müəyənləşdirilir. Buna nümünə olaraq Prezident Muxafizəsi Xidməti ilə davamlı razılaşma əsasında Alyans xarici ölkələrdə Azərbaycan səfirliklərində muxafizə sahəsində çalışacaq işçiləri münasib xarici dillərə yiyələndirib.

✱ Şirkət tərəfdən işçilər Dövlət Nazirliklər eləcədə Agentliklərə tələb olunan vəzifələrə qöndəriliblər (Maliyyə, Verqilər, Rabitə və Kommunikasiya, Mədəniyyət və s. ). Prezident Muxafizəsi Xidməti ilə davamlı razılaşma əsasında Şirkət xarici ölkələrdə Azərbaycan səfirliklərində muxafizə sahəsində çalışacaq işçiləri münasib xarici dillərə yiyələndirib.

✱ Xüsusilə Tərcümə Xidmətləri sahəsində Alyans daimi olaraq keyfiyyət və effektivliyin ən müasir səviyyəsinə nail olmaq üçün çalışır. Bu yanaşma sayəsində artıq hər ixtisaslaşma sahəsində (siyasi, hüquqi, texniki, tibbi və s.) demək olar hər bir dildən/dilə şifahi (həm ardıcıl, həm də sinxron) və yazılı tərcümənin təmin edilməsi mümkün oldu. Son illərdə Alyans aşağıdakılar daxil olmaqla bir neçə mühüm tərcümə işlərini başa çatdırmışdır:

⚊ Peter F. Drakerin “Qeyri-Gəlirli Təşkilatların İdarə edilməsi” və “Post-Kapitalist Cəmiyyət” kitablarının tərcüməsi – Layihəyə USAID sponsorluq edib;

⚊ E.S. Savasın “Özəlləşdirmə və Dövlət-Özəl Tərəfdaşlıqlar” kitabının tərcüməsi – Layihəyə USAID sponsorluq edib;

⚊ UNICEF sifarişi ilə “İslamda uşaqlar” kitabının tərcüməsi;

⚊ İqtisadi İnkişaf Nazirliyinin sifarişi ilə ÜTT-nin müxtəlif sənədlərinin tərcüməsi,

⚊ AR Parlamenti Layihəsi çərçivəsində “Müstəqil Azərbaycan (Prezident İdarəçiliyi ilə 3- cü Respublika) Respublikasının Parlamenti” kitabının tərcüməsi.

⚊ Milli Təxlükısizlik Nazirliyinin safarişiilə - Garabağ (Y. Mahmudov və K. Şükürov), Erməni Mifomaniyası (Erix Faygl), Erməni Xalq Nağılları (K. İmanov), “Əzabkeş” Ermənistan ( Q. Marxulia və Ş. Nuriyeva), Azərbaycan Mədəniyyət Abidələri – Erməni terrorun xədəfi (M. Neymət və V. Quliyeva) və s.

Şirkət və Konsept

⚊ Siyasət səviyyəsində sifarişçilərlə uzunmüddətli münasibətlərin qurulması;

⚊ Tədris kurslarının nəticə etibarlığı ilə yüksək nailiyətləri;

⚊ Yazılı və şifahi tərcüməçilərin treninqi və ixtisasartırma kurslarında iştirakı üzrə yüksək keyfiyyətli, hədəfli tədris proqramlarının müntəzəm qrafiki;

 

Azərbaycanda tətbiq edilmiş bu strategiya bizə 200-dən çox şirkətlə əməkdaşlıq əlaqələrini qurmağa və onlarla qarşılıqlı fayda naminə işləməyi davam etməyə imkan vermişdir.

Bu gün şirkətimiz öz fəaliyyət sahəsində aparıcı yer tutan şirkətlərdən biri kimi tanınır və ölkəmizdə, eləcə də xaricdə keçirilən ən yüksək səviyyəli tədbirlərdə iştirak edir.