loader

Beynəlxalq dil

08.09.2022

 

Günümüzün müasir biznes və siyasi danışıq dili ingilis dili hesab olunur. Müxtəlif dillərin danışıldığı ölkələrdə insanların bir-biri ilə ünsiyyətini təmin etmək üçün çox vaxt ingilis dili rəsmi dövlət dili kimi çıxış edir. Bunun üçün ən yaxşı misal Hindistandır-İngilis dili 24 müxtəlif dilin hər birində bir milyondan artıq insanın danışdığı bu ölkədə hamı üçün ümumi dildir. İngilis dili Britaniya, Kanada, Birləşmiş Ştatlar, Avstraliya və Cənubi Afrika daxil olmaqla, yetmiş beşdən çox ölkənin rəsmi dili olmaqla yanaşı, Cənubi Amerika və Avropa məktəblərində ən çox tədris olunan dil sayılır.

Bəs İngilis dilinin kökləri haradan gəlir? Bu dilin bu dərəcədə populyar olmasında səbəb nədir? Buna cavab tapmaq üçün, nə az nə çox düz 5 min il bundan əvvəlki tarixin səhifələrini vərəqləməliyik.

Cənub-şərqi Avropada Qara dənizdən şimal bölgələrə nəzər yetirək. Ekspertlər bir zamanlar burada insanların proto-hind-Avropa dilində danışdığını söyləyir. Təbii ki, bu dil artıq mövcud deyil və necə səsləndiyini bilmirik. Bu dil qrupuna qədim Yunan, Alman, və Latın dilləri daxildir.

İngilis dili müstəqil dil olaraq bir neçə yüz il bundan əvvəl Britaniya adasının istilaları nəticəsində yaranmışdır. İşğalçılar Avropanın şimal sahilləri boyu məskunlaşmışdı.

Qədim ingilis dili də olduqca qəliz dildir. İngilis dilinin məhz bu nümunələrini yalnız bəzi sayılı ekspertlər oxuya bilir Bu, qəhrəman krala həsr olunmuş "Beovulf" poemasıdır. Tədqiqatçılar poemanın 7-8-ci əsrlərə aid olduğunu bildirirlər. Poemanın müəllifinin kim olduğu isə məlum deyil.

Eyni zamanda İngilis dili böyük təşkilatların rəsmi dili hesab edilir. BMT-nin altı rəsmi və işçi dilindən biridir. Hazırda siyasi terminlə ingilis dilində danışan insanları anqlofon adlandırılar.

Hazırda Attas Anglo Amerikan şirkətimiz ingilis dili başda olmaqla, bir çox dillərə tərcümə xidməti göstərir. Tərcümə ilə yanaşı, müxtəlif səviyyələrə uyğun ingilis dili dərslərini təşkil edir. İngilis dili bütün dünyanın qapısını açaçaq bir açardır. Odur ki, bu dili öyrənməklə böyük bir xəzinə əldə etmiş olacayıq.