loader

YAZILI TƏRCÜMƏLƏR SİFARİŞ VERMƏ VƏ İCRA QAYDALARI

Sifarişçi İcraçının müvafiq təsdiqini qəbul etdiyi zaman Sifariş İcraçı tərəfindən qəbul edilmiş hesab edilir (sifarişin qəbulu İcraçı tərəfindən elektron poçt vasitəsilə təsdiq edilə bilər). Əgər Sifarişçi sifarişin təcili qaydada icra edilməsini tələb etməzsə, bu zaman həmin sifarişin icrası növbəti iş günündən başlayır.

İş günləri hər həftənin bazar ertəsi-cümə günləri saat 9:00-dan 18:00-dəkdir, rəsmi bayram və istirahət günləri istisna edilir. Orijinal mətnin 1800 çap işarəsi (ara məsafələr də daxil olmaqla) 1 şərti səhifə hesab olunur. Yazılı tərcümə üçün nəzərdə tutulan mənbə mətnin əsas formatı MS Word fayl formatıdır. Tərəflər arasında konkret sifariş üzrə digər hallar razılaşdırılmazsa, onun həcminin hesablanması üçün əsas kimi, MS Word proqramı üzrə statistikanın göstəriciləri nəzərə alınır. Əgər yazılı tərcümə sifarişi baza formatında verilməzsə, yaxud da mətn çap variantında təqdim olunarsa və sifarişin icrası formatın dəyişdirilməsini tələb edərsə, bu zaman o cür sifarişin icra müddəti və həmin dəyişdirilmənin real nail oluna bilmə dəqiqliyi hər bir konkret halda Tərəflər arasında razılaşdırılır.

Qeyri-standart formatda çap olunmuş mətnlərin (ştamplar, apostillər, şəxsiyyət vəsiqələri, pasportlar və s.) tərcüməsi xüsusi ölçü ilə hesablanır – çap olunmuş səhifə şərti səhifə olaraq qəbul edilir.Sifarişin həcmi bir iş günü ərzində tək bir tərcüməçi üçün 5 şərti səhifəni ötdüyü təqdirdə təcili hesab olunur.

Həmin gündə başa çatdırılmalı olan təcili sifarişlər saat 13:00-dək məqbul hesab olunur. Formatın dəyişdirilməsini tələb edən tərcümələr üçün tariflər oxşar tərcümə üçün nəzərdə tutulan standart tarifin 120 %-nə bərabərdirlər. Təcili tərcümələr üçün tariflər oxşar tərcümə üçün nəzərdə tutulan standart tarifin 130 %-nə bərabərdirlər.

3.13. Xüsusi mürəkkəb mətnlərin tərcüməsi üçün tarif standart mövzu sahəsində oxşar tərcümənin tarifinin 150 %-nə bərabərdir.

3.14. Sifarişçi öz sifarişinin istirahət günləri ərzində icra edilməsi tələb etdiyi hallarda bu cür sifariş oxşar tərcümə üçün nəzərdə tutulan standart tarifin 150 %-nə bərabər xüsusi tariflə ödənməlidir.

3.15. Üç yüz şərti səhifədən yuxarı tərcümə işlərinə güzəştlər edilir: Əgər birdəfəlik sifariş verilən iş 300- dən 500 səhifəyədək olarsa 5% qədər, 500 səhifədən yuxarı olduqda isə 8% qədər. Keyfiyyətə əməl olunmaması səbəbindən Sifarişçi tərəfindən geri qaytarılmış istənilən tərcümə olunmuş sənəd tərcümənin keyfiyyətinə dair aydın və peşəkarlıqla əsaslandırılmış yazılı iddia ilə müşayiət olunmalıdır.

Keyfiyyətə dair iddialar müvafiq icra olunmuş tərcümə sifarişinin təhvil verilməsi tarixindən etibarən 10 iş günü ərzində qəbul olunur. Başa çatdırılmış tərcümə sifarişinin haqqı müvafiq hesab-faktura təqdim olunduqdan sonra 10 bank günü ərzində ödənilməlidir.

No Yazılı tərcümənin növü və istiqaməti Ölçü vahidi
Qiymət,AZN
Standart
1 Azərbaycan dilindən Rus dilinə və yaxud əksinə 1 şərti səhifə 13.00
2 İngilis/Türk dilindən Azərbaycan və Rus dillərinə və yaxud əksinə 1 şərti səhifə 15.00
3 Geniş istifadə olunan Avropa dillərindən Azərbaycan və Rus dillərinə və yaxud əksinə 1 şərti səhifə 20.00-30.00
4 Nadir istifadə olunan Avropa dillərindən, Fars və Ərəb dillərindən Azərbaycan və Rus dillərinə və yaxud əksinə 1 şərti səhifə 35.00
5 Çin, Yapon, Yəhudi dillərindən Azərbaycan və Rus dillərinə və yaxud əksinə 1 şərti səhifə 45.00
6 Bədii ədəbiyyat mətnlərin (ssenarilərin, reklam mətnlərin, websaytların və s.) Azərbaycan dilindən Rus dilinə və yaxud əksinə tərcüməsi 1 şərti səhifə 24.00
6a. Bədii ədəbiyyatın mətnlərin (ssenarilərin, reklam mətnlərin, websaytların və s.) Azərbaycan, Rus dillərindən İngilis dilinə və yaxud əksinə tərcüməsi 1 şərti səhifə 31.00
7. Mətnlərin redaktəsi 1 şərti səhifə 12.00
8. Mətnlərin korrektəsi 1 şərti səhifə 6.00
9. Slaydların tərcüməsi 1 söz 0.10
10. Audio-video səsləndirmələrin yazıya çevrilməsi 1 səhifə 15.00
11. Katiblik xidmətləri 1 saat 15.00
12 Sənədlərin notarial qaydada təsdiqinin təmin olunması 1 sənəd (5 səhifəyədək) 5.00
13 Sənədlərin notarial qaydada təsdiqinin təmin olunması 1 səhifə (5 səhifədən çox olduqda) 0.40